İstanbulda səmasında meteorit göründü: Görüntülər kameraya düşdü — VİDEO

İstanbulun Böyükçekmece rayonunda gecə saatlarında səmanı işıqlandıran parlaq cisim avtomobilin videoregistratoruna düşüb.
Sfera.az xəbər verir ki, hadisə saat 01:00 radələrində Böyükçekmece rayonunun Hürriyyət məhəlləsi ərazisində baş verib.
Hərəkətdə olan avtomobilin kamerası göydə qəfil peyda olan və sürətlə hərəkət edən parlaq cismi qeydə alıb.
Görüntülərdə cismin yaşıl rəngdə işıq saçdığı və bir neçə saniyə ərzində gözdən itdiyi görünür. Hadisəni sonradan kamera qeydlərinə baxarkən fərq edən sürücü görüntüləri sosial şəbəkələrdə paylaşıb.
İlkin məlumatlarda səmada müşahidə olunan cismin meteorit olduğu bildirilir. Lakin onun təbiəti ilə bağlı rəsmi ekspert açıqlaması verilməyib.
Qısa müddət davam edən hadisənin görüntüləri sosial şəbəkələrdə böyük maraq doğurub.






