"Google"da yüksək vəzifəyə təyin olunan türk kimdir?

ABŞ-nin texnologiya nəhəngi "Google" süni intellekt bölməsi olan "Google DeepMind"ın yüksək səviyyəli rəhbərlik strukturunda mühüm dəyişikliklər edib. Azərbaycanlı oxucuların və ictimaiyyətin yaxından maraq göstərdiyi tanınmış türk mühəndis və alim Koray Kavukçuoğlu "Google DeepMind"ın başkan yardımcısı vəzifəsinə irəli çəkilib.
Sfera.az xəbər verir ki, "Google"un ana şirkəti "Alphabet"in baş direktoru Sundar Piçai rəhbərlikdəki bu dəyişikliklərlə bağlı rəsmi açıqlama yayıb.
Piçai bildirib ki, "Google DeepMind"ın həmtəsisçisi Demis Hassabis bundan sonra qurumun idarə heyətinin sədri və "Alphabet"in baş elm adamı kimi fəaliyyət göstərəcək, eyni zamanda "Isomorphic Labs"ə rəhbərlik etməyə davam edəcək. Hassabis yeni rolunda vaxtını ümumi süni intellektin və elmi kəşflərin gələcəyinin formalaşdırılmasına həsr edəcək.
Koray Kavukçuoğlu hansı səlahiyyətləri icra edəcək?
Sundar Piçai açıqlamasında "Google DeepMind"ın Texnologiya Direktoru və Baş Süni İntellekt memarı Koray Kavukçuoğlunun təşkilatın başkan yardımcısı vəzifəsini üzərinə götürəcəyini elan edib.
Yeni vəzifəsində Kavukçuoğlu modelin inkişaf etdirilməsi proseslərinə, qabaqcıl süni intellekt tədqiqatlarına, məşhur "Gemini" tətbiqinə rəhbərlik edəcək.
Piçai türk aliminin şirkət üçün əhəmiyyətini vurğulayaraq bunları qeyd edib:
"Koray 13 ildir ki, “Google DeepMind”dədır və sahəsində dünyaca tanınan bir mütəxəssisdir. O, dərin öyrənmə komandamızı qurub, “WaveNet” və “DQN” kimi mühüm işlərə yaşıl işıq yandıırb. “'Google DeepMind” əmin əllərdədir."
Koray Kavukçuoğlu kimdir?
Təhsili: Ali təhsilini Türkiyədə, Orta Doğu Texniki Universitetinin (ODTÜ) Havacılıq və Uzay Mühəndisliyi fakültəsində alıb və həmin ixtisas üzrə magistr dərəcəsi qazanıb. Daha sonra ABŞ-yə gedərək New York Universitetində (NYU) kompüter elmləri sahəsində 2005-ci ildə magistr, 2010-cu ildə isə doktorantura dərəcəsi alıb.
Erkən karyerası: Akademik fəaliyyətindən əvvəl "Roketsan"da dörd il mühəndis kimi çalışıb, ardınca "Siemens" və "NEC Laboratories"də təcrübə keçib.
DeepMind dövrü: 2012-ci ildən etibarən "Google DeepMind"a qoşulan Kavukçuoğlu qurum daxilində dərin öyrənmə qrupunun əsasını qoyub, həmçinin inqilabi "AlphaGo" layihəsində yaxından iştirak edib.
Karyera yüksəlişi: 2024-cü ilin yanvar ayında DeepMind-ın texnologiya direktoru (CTO) təyin edilən alim, 2025-ci ilin iyun ayında "Google" tarixində ilk dəfə yaradılan "Baş Süni İntellekt memarı" (Chief AI Architect) vəzifəsinə gətirilib və birbaşa Sundar Pichaiyə hesabat verməyə başlayıb./Bizim.Media






