Ronaldonun gizli qarajı üzə çıxdı – Bahalı “oyuncaqlar”

Ronaldonun gizli qarajı üzə çıxdı – Bahalı “oyuncaqlar”
Kateqoriya məlum deyil
T

Kriştiano Ronaldo milyon dollarlıq avtomobil kolleksiyasını nümayiş etdirib. Futbol ulduzunun qarajındakı lüks modellər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Sfera.az xəbər verir ki, Ronaldo “My toys” başlığı ilə paylaşdığı görüntülərdə bahalı avtomobillərini nümayiş etdirib.

Məşhur futbolçunun avtomobil kolleksiyasında dünyanın ən bahalı və nadir modellərindən bəziləri yer alır. Futbolçunun qarajında "Bugatti", "Ferrari", "Lamborghini", "Rolls-Royce" və "Mercedes-Benz" kimi markalara aid avtomobillərin olduğu bildirilir.

Kolleksiyanın ən diqqətçəkən modelləri arasında "Bugatti Chiron", "Bugatti Veyron Grand Sport Vitesse", "Ferrari Monza SP2" və "Rolls-Royce Cullinan" kimi lüks avtomobillər göstərilir. Bu avtomobillərin ümumi dəyərinin milyonlarla dollar olduğu qeyd olunur.

Xatırladaq ki, Ronaldo daha əvvəl də bahalı avtomobilləri və dəbdəbəli həyat tərzi ilə bağlı paylaşımları ilə gündəmə gəlib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR