“Apple” tarixinin ən bahalı “iPhone”-larını təqdim etməyə hazırlaşır

“Apple” tarixinin ən bahalı “iPhone”-larını təqdim etməyə hazırlaşır
Kateqoriya məlum deyil
T

“Apple”-ın bu payız təqdim etməyə hazırlaşdığı yeni flaqman smartfonları – “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərinin gözləniləndən daha yüksək qiymətlərlə satışa çıxarılacağı bildirilir.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, qlobal komponent çatışmazlığı və istehsal xərclərinin artması səbəbindən yeni “iPhone 18 Pro” seriyasının qiymətində 300 dollara qədər artım ola bilər.

Texnologiya analitiklərinin fikrincə, komponentlərin bahalaşması telefonların başlanğıc satış qiymətlərinə birbaşa təsir edəcək.

GF Securities analitiki Ceff Punun sözlərinə görə, yeni nəsil 2 nanometrlik çiplərin istehsalı və yaddaş komponentlərinin bahalaşması “Apple”-ın yeni smartfonlarının pərakəndə satış qiymətlərini artıracaq.

Mütəxəssislər bildirirlər ki, iri texnologiya şirkətlərinin süni intellekt sistemlərinə artan tələbatı əsas elektron komponentlər üzrə qlobal çatışmazlıq yaradıb və bu da istehsal xərclərinin yüksəlməsinə səbəb olub.

Hazırda “iPhone Pro” modellərinin başlanğıc qiyməti müvafiq olaraq 1 099 və 1 199 ABŞ dolları təşkil edir.

Gözlənilən 300 dollarlıq artım yeni modelləri “Apple” tarixinin ən bahalı “iPhone”-larından birinə çevirə bilər.

Məlumata görə, “Apple” yeni “iPhone 18” seriyasını sentyabr ayında təqdim etməyi planlaşdırır. Təqdimatda qiymətinin 2 min ABŞ dollarını keçəcəyi gözlənilən qatlana bilən yeni “iPhone” modelinin də nümayiş etdirilməsi gözlənilir.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR