Kolanın faydaları? - Sizi təəccübləndirəcək

Kolanın faydaları? - Sizi təəccübləndirəcək
Kateqoriya məlum deyil
T

Kola içkisinin zərərləri ilə yanaşı, onun faydalı tərəfləri haqqında da məlumatlar var. Gündəlik həyatda çox sevilən bu içki, təkcə süfrələrimizi bəzəmir, həm də bir çox ev işlərində köməyimizə çatır. 


Sfera.az kolanın heç yerdə eşitmədiyiniz faydalarını təqdim edir.

 

Gülləri gücləndirir

 

Dibçəyə bir qədər kola tökdükdə, içkidəki köpüklər torpağı havalandırır. Bu isə bitki köklərinin daha dərinə getməsinə və güllərin möhkəmlənməsinə kömək edir.


Stəkanları parıldadır

 

Stəkanları kolaya batırılmış dəsmalla silib, sonra yaxşıca yuyun və qurulayın. Bu üsul stəkanların köhnə parlaqlığını geri qaytaracaq.

 

Həşərat sancmasında ağrını azaldır

 

Kola təkcə meduza yox, həm də müxtəlif həşəratların sancması zamanı yaranan ağrını yüngülləşdirmək üçün istifadə edilə bilər.

 

Saçda ilişən saqqızı çıxarır

 

Uzun saçlara saqqız yapışdıqda onu təmizləmək çətin olur. Kolanın tərkibindəki turşu saqqızı saçdan asanlıqla ayırır və saçı kəsməyə ehtiyac qalmır.

 

Kafel-metlağı təmizləyir

 

Hamam plitələrinin (kafel-metlax) arasında zamanla yaranan qaralmaları kola ilə yox edə bilərsiniz. Təmiz bir diş fırçasını kolaya batıraraq plitələrin arasındakı çirkləri rahatca təmizləyin.

 

Göründüyü kimi, kola təkcə dadlı içki deyil, həm də gündəlik qayğıların həllində və ev işlərində ən yaxşı köməkçiniz ola bilər.

 

Mənsumə
Sfera.az

PAYLAŞ