Ölən arvadının mesajlarını oxuyan kişi şoka düşdü... - FOTO

Türkiyədə həyat yoldaşı vəfat edən kişinin paylaşımı hər kəsi təəccübləndirib.
Sfera.az xəbər verir ki, kişi həyat yoldaşı öləndən sonra onun telefonuna baxıb və gördüklərindən şoka düşüb.
Həyat yoldaşının "instagram" yazışmalarını oxuyan kişi arvadının başqa kişi ilə münasibəti olduğunu öyrənib.
Paylaşımı edən şəxs həyat yoldaşının hesabında mesajlar gördüyünü və son iki ildir başqası ilə münasibətdə olduğunu öyrəndiyini iddia edib. O eyni paylaşımda sarsıntılarını ifadə edərək, "İtkimə görə, yoxsa öyrəndiklərimə görə kədərlənməliyəm?" sualını verib.
O həmçinin həyat yoldaşının mesajların qohumları ilə paylaşıb-paylaşmamalı olduğunu bilmədiyini də deyib.
Paylaşım qısa bir zamanda trendə düşüb. Bəzi istifadəçilər "Düşünürəm ki, sadəcə oxumamısan" kimi yanaş, digərləri isə "Ölənə qədər telefonuna baxmadınmı? şərhini yazıblar. Digər bir qrup isə paylaşımı tənqid edərək "Ölənin arxasınca pis danışmamazlar" şərhini yazıb.



































