Rejissor Rob Reyner və həyat yoldaşının qətli: Təfərrrüatlar

Rejissor Rob Reyner və həyat yoldaşının qətli: Təfərrrüatlar
Kateqoriya məlum deyil
T

Xəbər verdiyimiz kimi, Los-Anceles polisi ötən gün həyat yoldaşı Mişel ilə birlikdə evində ölü tapılan Hollivud rejissoru Rob Reynerin oğlu Nik Reyneri həbs edib. Rejissor və həyat yoldaşı bıçaqlanaraq qətlə yetiriliblər.

Sfera.az xəbər verir ki, Nik Reyner valideynlərini qətlə yetirməkdə şübhəli bilinir. 32 yaşlı Nik Reyner hazırda Los-Anceles həbsxanasında 4 milyon dollardan çox girov müqabilində saxlanılır. Bu barədə Los-Anceles polis rəisi Cim Makdonnell mətbuata açıqlamasında bildirib.

İlkin istintaq zamanı Nik dəstə ilə əlaqədə ittiham olunsa da, əlavə məlumat verilməyib.

 


Bəs Nik Reyner haqqında nə məlumdur? 

Nik əvvəllər atası ilə birlikdə narkotik asılılığı və evsizliklə bağlı öz təcrübələrinə əsaslanan "Çarli Olmaq" (2015) filmində əməkdaşlıq etmiş ssenaristdir. O, yeniyetməlik dövründə narkotik asılılığından müalicəyə başlayıb və 22 yaşına çatanda 17 dəfədən çox reabilitasiyada olub.

 


"Çarli Olmaq" filmi, valideynlərinin onun asılılığına həddindən artıq sərt reaksiyasından (o cümlədən Konqresə namizəd olan kino ulduzu atası) və məcburi reabilitasiyadan qəzəblənən 18 yaşlı bir oğlanın hekayəsindən bəhs edir.

 

Filmin təqdimatı zamanı Rob Reyner filmin böyük hissəsinin onun avtobioqrafiyasına əsaslandığını etiraf edib.  

 

“Nik bizə heç nə edə bilməyəcəyini deyəndə qulaq asmadıq. Çarəsiz idik… Oğlumuzu deyil, divarlarında diplomlar olan bu insanları dinlədik."

Mişel Reyner də fikirlərini: "Bu insanlardan çox təsirləndik. Bizə onun yalançı olduğunu, bizi manipulyasiya etməyə çalışdığını dedilər, biz də onlara inandıq”-deyə bildirib. 

Eyni zamanda, Nik narkoman olmaqdan yorulduğunu etiraf edib:

"Mən yaxşı ailədənəm. Bütün bunları edərkən küçələrdə və evsizlər sığınacaqlarında olmamalı idim..."

Reyner Cinayətləri: Hollivudu Sarsıdan Faciə

Rejissorun və həyat yoldaşının cəsədləri 13,5 milyon dollarlıq malikanələrində tapılıb. Onları cütlüyün küçənin digər itərəfində yaşayan qızı Romi aşkar edib. O, dərhal hüquq-mühafizə orqanlarına məlumat verərək, bunu böyük ehtimalla, qardaşının etdiyini, onun çox təhlükəli olduğunu bildirib.


Ölümündən bir neçə həftə əvvəl Rob Reyner, həyat yoldaşı və qızları birlikdə tətil keçirdiblər, Romi sosial mediada fotolar paylaşıb. Fotolarda Rob Reyner Romi ilə üzərkən gülümsəyir.

İkiqat qətl Hollivudu şoka salıb. ABŞ prezidenti Donald Tramp da hadisəyə münasibət bildirərək, cütlüyün “ağır və sağalmaz xəstəlik” nəticəsində (zərərli maddələr) yaranan qəzəb səbəbindən öldüyünü dilə gətirib.

 

Aynil

PAYLAŞ