18 uşaqlı ailənin xərcləri gündəm oldu

18 uşaqlı ailənin xərcləri gündəm oldu
Kateqoriya məlum deyil
T

ABŞ-da yaşayan Disray və Kristofer cütlüyü 18 uşağı ilə Milad hazırlıqları üçün 700-800 avro (təxminən 1500 AZN-dən çox) vəsait xərcləyəcəklərini açıqlayıblar. Onlar bildiriblər ki, böyük ailə həm sevinc, həm də ciddi maliyyə öhdəlikləri deməkdir. Cütlük həftəlik ərzaq alış-verişi üçün yüksək büdcə ayırmalı olduqlarını da qeyd edib.

 

Sfera.az xəbər verir ki, cütlüyün paylaşdığı videolar sosial mediada yayılaraq onların sürətlə məşhurlaşmasına səbəb olub. Şərhlərdə fikir ayrılığı yaranıb: bəzi istifadəçilər ailəni tənqid edib, digərləri isə onları dəstəkləyib. Cütlük yalnız Milad hazırlıqlarına təxminən 7000 funt sterlinq (təqribən 1500 AZN) xərclədiklərini, həftəlik ərzaq büdcələrinin isə 250-500 funt sterlinq (təxminən 1000 AZN) arasında dəyişdiyini bildirib.

 

Disray və Kristofer tanış olduqdan cəmi 28 gün sonra evləniblər. Onların əvvəlki münasibətlərdən 11 uşağı, birlikdə isə yeddi övladı dünyaya gəlib.

 

Ailə böyük olmağın çətinliklərini qəbul etsə də, xarici tənqidlərə baxmayaraq bu həyat tərzindən imtina etməyəcəklərini vurğulayıblar. Disray deyir:

 

“Biz uşaqlarımızı imtiyazlı böyütmək üçün deyil, cəmiyyətə fayda verən fərdlər yetişdirmək üçün çalışırıq".

 

Cütlük böyük ailələrin xaotik göründüyü fikrinə də cavab verib:

 

“Əlbəttə, bu, çox əmək tələb edir, amma hər ailənin öz çətinlikləri var. Əsas məsələ işi düzgün şəkildə təşkil etməkdir".

 

Paylaşımları sosial mediada geniş müzakirə olunan cütlük barədə bəziləri çoxuşaqlığı tənqid etsə də, əksər izləyicilər bunu böyük bir nemət kimi dəyərləndirir.

 

Aynil

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR