Ağıllı saatı başına bəla oldu: işdən çıxarıldı

Ağıllı saatı başına bəla oldu: işdən çıxarıldı
Kateqoriya məlum deyil
T

Çində bel və daban qıcolmaları səbəbindən xəstəlik məzuniyyətində olan bir işçi şok ittihamlarla üzləşib. 

 

Sfera.az bildirir ki, şirkət işçisini xəstəlik məzuniyyətində olarkən ağıllı saatının addımölçən məlumatlarına istinadən xəstəliyini şişirtməsi və yalan hesabatlar təqdim etməsini əsas gətirərək işdən çıxardıb. 


İşəgötürənin təqdim etdiyi dəlillərə görə, işçi xəstəlik məzuniyyətində olduğu gün 16.000 addım atıb.

 

Şirkət işçinin xəstəlik məzuniyyətində olduğu müddətdə bu qədər addım atmasının saxta hesabat olduğunu iddia edib. İşçi məhkəməyə rentgen və tibbi sənədlər təqdim edərək, bu addımların xəstəxanaya getmək və dərman almaq üçün atıldığını bildirib.

 

İki mərhələli məhkəmə işçinin xeyrinə başa çatıb. Məhkəmə işçinin şəxsi sağlamlıq məlumatlarının və ya addımölçən məlumatlarının icazəsiz araşdırılmasının məxfiliyin pozulması olduğunu vurğulayıb. Məhkəmə işəgötürənin işdən çıxarma qərarını qanunsuz hesab edərək şirkətin işçiyə 118.779 yuan (təxminən 28 min Azn) təzminat ödəməsini əmr edib. Bu qərar işçi məlumatlarının məxfiliyi üçün mühüm bir presedent yaradır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR