Lüks yaxtada dəhşətli gecə: Modelyer öldü

Lüks yaxtada dəhşətli gecə: Modelyer öldü
Kateqoriya məlum deyil
T

Məşhur irlandiyalı modelyerin lüks yaxtada baş verən sirli ölümü onun son mesajlarının və istintaq detallarının üzə çıxmasından sonra yenidən müzakirələrə səbəb olub.

 

Sfera.az bildirir ki, 33 yaşlı Marta Nolan-O'Slatarranın 4 avqustda ABŞ-ın Hamptons bölgəsində sığorta maqnatı Kristofer Durnanın yaxtasında vəfat etdiyi bildirilir. Məlumata görə, həmin gün o, “East x East” çimərlik geyimləri brendinin inkişafı ilə bağlı müzakirələr aparmaq üçün Montauka səfər etmişdi. Axşam saatlarında o və Durnan saat 19:30-da yaxt klubundan okeana doğru yola çıxıblar və şampan içərək gün batımını izləməyi planlaşdırıblar.

 

Gecə yarısı Marta artıq həyatını itirmişdi. Şahidlərin sözlərinə görə, Durnan çılpaq şəkildə körpüyə qaçaraq kömək istəyib və yaxınlıqdakı qayığa günəşdən qoruyucu şüşə atıb.

 

Suffolk Şəhər Polisi ilkin yarılmanın nəticələrinə əsasən cinayət əlaməti aşkar etmədiklərini açıqlayıb. Ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi isə toksikologiya və histoloji testlərin nəticələrindən sonra mümkün olacaq. Modelyerin ailəsi əlavə araşdırma üçün ikinci yarılmanın aparılmasını tələb edib.

 

“Mən qızıma nə olduğunu bilmirəm”, – deyə anası Elma Nolan bildirib.

 

Durnanın vəkili Robert Holdman jurnalistlərə açıqlamasında deyib ki, Marta yaxtada bir neçə dəfə üzr istəyərək tualetə gedib. Onun sözlərinə görə, bu, adi ehtiyac və ya narkotik maddə istifadəsinin əlaməti ola bilər.

 

Hadisə vaxtı Martanın dostları qrup söhbətində ondan cavab ala bilməyəndə və telefonunun geolokasiyası qəflətən Atlantik okeanının ortasını göstərməyə başlayanda narahat olublar. Saat 21:20-də söhbətə belə bir mesaj göndərilib:

 

“Əminəm ki, telefonunun batareyası sönüb və ya o, yatıb”.

 

10 dəqiqə sonra Marta cavab yazıb:

 

“Lol, mən indi yaxt klubdayam, telefonu aç”.

 

Vəkilin iddiasına görə, qadın köynəyinə qusduqdan sonra Durnan onun paltarlarını çıxarıb. Daha sonra Marta qəfildən huşunu itirib və kişi təcili yardım gələnə qədər ona ürək masajı etməyə çalışıb.

 

“Bu, çox ani baş verib. O, kömək etməyə çalışıb və dərhal yardıma qaçıb”, – Holdman deyib.

 

Polis Durnanın istintaqa əməkdaşlıq etdiyini təsdiqləyib. Lakin Marta Nolanın qəfil ölümünə nəyin səbəb olduğu hələ də müəyyən edilməyib.

 

Aynil

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR