"WhatsApp" bəzi telefonlarda işləməyəcək

"WhatsApp" bəzi telefonlarda işləməyəcək
Kateqoriya məlum deyil
T

WhatsApp sabahdan etibarən bəzi köhnə smartfonlarda fəaliyyətini dayandırır. Şirkət bildirib ki, tətbiqin son yeniləmələri bəzi cihazların texniki tələblərinə cavab vermədiyi üçün bu modellərə dəstək ləğv edilir. İlk mərhələdə həmin telefonlar yeniləmə almayacaq, növbəti mərhələdə isə tətbiqdən istifadə tam mümkün olmayacaq.

 

Sfera.az bildirir ki, məlumata görə, xüsusilə 2016-cı il istehsalı olan bir sıra populyar smartfonlar siyahıya daxildir.

 

Dəstəyi dayandırılan cihazlar:

Android modelləri:

Huawei Mate 9 Pro

Samsung Galaxy S7

Xiaomi Mi Note 2

HTC 10 evo

Sony Xperia XZ

Xiaomi Mi 5 Pro

Samsung Galaxy C9 Pro

iPhone modelləri:

iPhone 6

iPhone 6s

 

Mütəxəssislər istifadəçilərə məlumatlarını öncədən ehtiyat nüsxəyə köçürməyi və mümkünlüyü halda daha yeni modellərə keçid etməyi məsləhət görürlər. WhatsApp-ın bu qərarının yüzlərlə fərqli modelə təsir edəcəyi qeyd olunur.

 

Aynur

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR