Afrika iki yerə bölünür: Yeni okean yaranacaq – FOTO

Afrika iki yerə bölünür: Yeni okean yaranacaq – FOTO
Kateqoriya məlum deyil
T

Alimlərin açıqlamasına görə, Afrika qitəsi hər il çox yavaş sürətlə iki yerə bölünür və təxminən 5 milyon il sonra bu proses yeni bir okeanın yaranmasına səbəb olacaq. Yeni okean Afrika qitəsini yararaq Şərqi Afrikanı adaya çevirəcək.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu geoloji proses milyonlarla il davam edəcək.

 

Şərqi Afrikanın bir hissəsinin qitənin qalan hissəsindən ayrılacağı və iki böyük quru kütləsi arasında yeni bir okeanın formalaşacağı gözlənilir. Bu ayrılma Şərqi Afrika Sistemi (EARS) ilə bağlıdır. EARS, Efiopiya, Kenya, Demokratik Konqo Respublikası, Uqanda, Ruanda, Burundi, Zambiya, Tanzaniya, Malavi və Mozambik daxil olmaqla bir neçə ölkə boyunca minlərlə kilometr uzanır və dünyanın ən böyük yarıq sistemlərindən biridir.


2004-cü ildə aparılan tədqiqatlara görə, bu yarıq sistemi səbəbindən Afrika tektonik plitəsi hər il milimetr sürəti ilə iki plitəyə kiçik Somali plitəsi və böyük Nubiya plitəsi ayrılır. 2018-ci ildə Kenya ərazisində meydana çıxan çatlaq geniş müzakirələrə səbəb olub, lakin alimlər bildirirlər ki, bu yalnız Şərqi Afrika vadisindəki yerli rift fəaliyyəti nəticəsində yaranıb və qitənin böyük bölünməsinin birbaşa sübutu deyil.


Ekspertlər qeyd edirlər ki, EARS sistemi artıq təxminən 25 milyon ildir ki, fəaliyyət göstərir. Gələcəkdə bu sistemin yaratdığı dəyişikliklər nəticəsində Afrika qitəsinin Şərqi hissəsi ayrılacaq və Somali plitəsi ilə Nubiya plitəsi arasında yeni bir okyanus formalaşacaq.


Alimlər xatırladırlar ki, Yer səthi daim dəyişir, lakin bu dəyişikliklər çox yavaş sürətdə baş verdiyindən insan ömründə hiss olunmur. Şərqi Afrikanın ayrılması isə bu dev geoloji prosesin növbəti fəsli olacaq.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR