Rusiyanın ilk insanabənzər robotu yıxıldı – VİDEO

Rusiyanın ilk insanabənzər robotu yıxıldı – VİDEO
Kateqoriya məlum deyil
T

Rusiyanın ilk insanabənzər robotu “Aıdol” Moskvanın texnologiya sərgisində keçirilən təqdimat zamanı gözlənilməz insidentlə gündəmə gəlib. Təqdimat mərasimində səhnəyə çıxan robot cəmi bir neçə saniyə sonra tarazlığını itirərək yerə çırpılıb.


Sfera.az “En Son Haber”ə istinadən xəbər verir ki, 95 kiloqram ağırlığındakı “Aıdol” “Rocky” filminin musiqisi sədaları altında səhnəyə çıxaraq tamaşaçıları salamlayıb.

 

Lakin robot yeriməyə başladığı anda qəfil yıxılıb. Tədbir işçiləri onu sürükləyərək səhnədən çıxarmaq məcburiyyətində qalıb.


Hadisədən sonra mühəndislər problemin kalibrasiya xətası və işıqlandırma şəraitindəki uyğunsuzluqlar səbəbindən yarandığını açıqlayıblar. Robotu istehsal edən “Idol” şirkətinin baş direktoru Vladimir Vituxin, “Aıdol”un hələ test mərhələsində olduğunu bildirərək, “ümid edirəm, bu səhv bizim üçün bir təcrübəyə çevriləcək”, – deyib.


Mütəxəsisslərin məlumatına əsasən, “Aıdol” iki ayaq üzərində yerimək, əşyaları hərəkət etdirmək və insanlarla ünsiyyət qurmaq kimi üç əsas funksiyanı yerinə yetirə bilir. Robotun 6 saata qədər avtonom işlədiyi qeyd olunur.


Mütəxəssislər bu tip robotların gələcəkdə istehsalat, logistika, bank, hava limanı və digər ictimai məkanlarda istifadə oluna biləcəyini bildirirlər. Geliştiricilər “Aıdol”un ən üstün cəhətinin realistik üz mimikaları və emosional reaksiyalar olduğunu vurğulayırlar. Robotun “üzü”nün 12 əsas duyğunu ifadə edə bildiyi qeyd edilir.


Bəsti Rəfizadə
Sfera.az

 

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR