2026-cı ilin ən şanslı bürcləri - ADLAR

Qarşıdan gələn il bəzi bürclər üçün xüsusi uğur, yeni imkanlar və həyatdakı dönüş nöqtələri gözlənilir. Hər il olduğu kimi, bürclərin kosmik mövqeləri onların karyera, sevgi, maliyyə və şəxsi inkişaf sahələrində şansını müəyyən edir.
Sfera.az gələn il digər bürclərə nisbətən daha şanslı olacaq bürcləri təqim edir:
Əkizlər
Uranın 2026-cı ildə Əkizlər bürcünə keçməsi bu bürc üçün böyük dəstək gətirəcək. Yeni ideyalar, karyera uğuru və sosial əlaqələrdə uğur bu bürcün nümayəndələri üçün əsas xüsusiyyətlərdən olacaq.
Oxatan
Oxatanlar üçün 2026 həm şəxsi, həm də maddi inkişaf baxımından məhsuldar olacaq. Səyahətlər, təhsil və yeni başlanğıclar baxımından bu bürc üçün qapılar açılacaq.
Şir
Bu bürcün üzvləri 2026-cı ildə xüsusilə parlayacaq. İctimai nüfuz, iş həyatında tanınma və yaradıcılıq sahəsində yüksəliş gözlənilir. Liderlik qabiliyyətləri bu bürc üçün ilin əsas üstünlüklərindən olacaq.
Balıq
Balıq bürcü 2026-da güclü intuisiya və daxili hiss sayəsində doğru qərarlar verəcək. Bu bürc üçün yaradıcılıq, sevgi və ruhani inkişaf baxımından şanslı dövr olacaq.
Buğa
Buğalar isə 2026-cı ildə karyera və maliyyə baxımından güclü mövqeyə sahib olacaq. Uzunmüddətli planlar üçün ideal şərait yaranacaq.
Bunlarla yanaşı, su ünsürlərinə aid olan bürclər-Balıq, Əqrəb və Xərçəng də Yupiterin mövqeyinə görə ilin bəzi dövrlərində xüsusi şanslı olacaq.
Fidan Hacızadə
Sfera.az






