Hitlerin gizlədilən sirri tapıldı: Cinsiyyət problemi

Adolf Hitlerin DNT analizində onun cinsiyyət orqanlarının inkişafına mənfi təsir göstərən gizli bir genetik xəstəlik aşkarlanıb. Alimlər Alman diktatorunun Kallmann sindromundan əziyyət çəkdiyini ehtimal edirlər. Bu sindrom cinsi yetkinliyin normal inkişafını pozur. Tədqiqatçılar hesab edirlər ki, bu xəstəlik Hitlerin cinsi münasibətlər qurmasını çətinləşdirib.
Sfera.az xəbər verir ki, alimlər ABŞ ordusunun bir polkovnikinin 1945-ci ildə Hitlerin intihar etdiyi bunkerdə divandan götürdüyü qanlı toxuma nümunəsindən DNT profilini yarada biliblər. Tədqiqatın nəticələri bəzi mübahisələr doğursa da, araşdırmaya rəhbərlik edən genetik professor Turi Kinq analizlərin düzgün aparıldığına əmin olduğunu bildirib.
“Təhlilin tam balanslı və elmi şəkildə aparılmasına xüsusi diqqət yetirdik. Əgər Hitler bu nəticələri görə bilsəydi, yəqin ki, özünü də qaz kameralarına göndərərdi,” – deyə Kinq bildirib.
Tədqiqat zamanı əldə edilən məlumatlara əsasən, Hitlerin cinsiyyət orqanlarının kiçik olması barədə tarixi iddialar müəyyən qədər əsaslı ola bilər. Genetik analiz bu halın Kallmann sindromu olan şəxslərdə 10-da 1 nisbətində rast gəlindiyini göstərib.
Bundan əlavə, Hitlerin DNT analizinin nəticələri onun yəhudi mənşəli olması ilə bağlı uzun illər dolaşan şayiələri təkzib edib. Lakin tədqiqatçılar Hitlerin bəzi nevroloji və ruhi pozuntulara — o cümlədən autizm, şizofreniya və bipolyar pozğunluğa — meyilli ola biləcəyini də istisna etmirlər. Bununla belə, bu xəstəliklərin hansı simptomlarının konkret şəkildə özünü göstərdiyini müəyyənləşdirmək mümkün deyil.
Aynil






