Ailəsinin utancına çevrilən Gənc Model — "Realam"

Kaliforniyada yaşayan Katalin Nquyen uzun illər boyunca çoxsaylı plastik əməliyyatlarla özünü tamamilə dəyişib, lakin görünüşündəki radikal dəyişiklik onunla ailəsi arasında uçurum yaradıb.
Sfera.az xəbər verir ki, Katalin 19 yaşından bəri saysız-hesabsız əməliyyatlar vasitəsilə özünü “Barbi”yə çevirib. “Qotik Barbi” obrazını yaratmaq üçün ümumilikdə təxminən 76.000 funt sterlinq xərclədiyini deyən gənc model, ailəsinin artıq onunla ictimaiyyət arasında görünmək istəmədiyini bildirib. Sosial mediada tez-tez tənqid hədəfinə çevrilən Katalin Nquyen son açıqlamaları ilə yenidən trend mövzusuna çevrilib.
Katalin 19 yaşında kafedə işləyərkən ilk implant əməliyyatını müdirinin “sinəni böyütsən, maaşını ikiqat artıracağam” vədi ilə etdiyini söyləyib. Daha sonra liposaksiya da daxil olmaqla altı döş və beş omba əməliyyatı keçirərək görünüşünü tamamilə dəyişib.
Verilişlərdən birində ailəsi və sosial media izləyicilərindən aldığı sərt tənqidlərdən danışan Katalin bildirib: “Ailəm plastik əməliyyatlarımdan nifrət edir. Onlar mənimlə belə görünmək istəmirlər”. O, həmçinin sosial mediada tez-tez “iyrənc” adlandırıldığını qeyd edib.
Gənc model özünü müdafiə edərək deyib: “İnsanlar mənim görünüşümə görə axmaq olduğumu və ya kişilərin arxasınca qaçdığımı düşünürlər. Amma mən çox ağıllı, səmimi və dürüst bir insanam".
Katalinin hekayəsi sosial mediada geniş əks-səda doğurub. O isə reaksiyalardan geri çəkilmək niyyətində olmadığını vurğulayıb: “Məni tənqid edənlərin əksəriyyəti bədbəxt insanlardır. Xoşbəxtliyim onları narahat edir. Zahirən saxta görünə bilərəm, amma daxilən tamamilə realam”.
Aynil






