Antarktika "əriyir" - Hektoria geri çəkilib

Kateqoriya məlum deyil
T
Alimlər Antarktikadakı Hektoria buzlağının 8 kilometrdən çox geri çəkildiyini müəyyən ediblər. Bu, yaxın tarixdə qeydə alınan ən sürətli buzlaq geriləməsidir.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Kolorado Universitetinin apardığı tədqiqat zamanı geofiziki məlumatlar və peyk görüntüləri araşdırılıb. Araşdırmaçılar bildiriblər ki, 2022-ci ilin noyabr və dekabr aylarında buzlaq iki ay ərzində 8 kilometrdən çox geri çəkilib.
Buzlaq çatlamalarının suyun alt tərəfdən yaratdığı təzyiq səbəbindən baş verdiyi vurğulanır. Alimlər Antarktikadakı digər buzlaqların da oxşar vəziyyətlə üzləşə biləcəyini xəbərdarlıq edirlər və buzlaq qatlarının diqqətlə izlənilməsinin vacibliyini bildirirlər.
Bəsti Rəfizadə
Sfera.az






