Kosmonavtlar və dörd siçan kosmik stansiyaya çatıblar

Kosmonavtlar və dörd siçan kosmik stansiyaya çatıblar
Kateqoriya məlum deyil
T

Çinin Yer orbitində qurduğu “Tienqonq” (Göy Sarayı) Kosmik Stansiyasına göndərilən yeni kosmonavt heyəti stansiyaya uğurla çatıb. Heyətdə dörd laboratoriya siçanı və tarixdə kosmosa çıxan ən gənc Çinli kosmonavt Vu Fey də yer alır.


Sfera.az xəbər verir ki, “Manned Space Agency” (CMSA) məlumat yayıb ki, cümə gecəsi “Şençjou-21” (“Shenzhou-21”) kosmik aparatı stansiyanın əsas moduluna uğurla birləşib.


Kosmonavtlar Canq Lu, Vu Fey və Canq Honqcanq təxminən 3,5 saat davam edən səyahətdən sonra orbitdəki modula daxil olublar. “Şençjou-21” ötən gecə “Long March 2F” raketi ilə fəzaya buraxılmışdı.


İlk dəfə insanlı uçuş proqramında iştirak edən 32 yaşlı Vu Fey, “Çinin ən gənc kosmonavtı” titulunu qazanıb. 


Missiyada iki dişi və iki erkək olmaqla dörd laboratoriya siçanı da yer alır. Bu, Çinin orbitdə gəmiricilər üzərində apardığı ilk elmi təcrübə olacaq.


ABŞ-nin Çinlə kosmos sahəsində əməkdaşlığı qadağan etməsi və Pekinin Beynəlxalq Kosmik Stansiya (ISS) proqramına qoşulmasına mane olması, ölkəni öz stansiyasını yaratmağa vadar edib.


Hazırda Çin, ABŞ və Rusiyadan sonra insanlı kosmik uçuş həyata keçirən üçüncü ölkədir. “Tienqonq” stansiyası Pekinin “kosmos arzusu”nun mərkəzində dayanır.
Prezident Si Cinpinin rəhbərliyi altında Çin 2030-cu ilə qədər Aya insanlı uçuş göndərməyi və Ay səthində baza qurmağı planlaşdırır. CMSA bu məqsədlə “Lanyue” adlı Ay eniş aparatı və “Menqjou” adlı insanlı kosmik gəmi üzərində kritik sınaqların davam etdiyini bildirib.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR