“Yaprak Dökümü”nün final səhnəsi yenidən canlandırıldı – VİDEO

"Yaprak Dökümü"nün final səhnəsi yenidən canlandırıldı – VİDEO
Kateqoriya məlum deyil
T

Türkiyənin tanınmış aktyoru Halil Ergün illər sonra “Yaprak Dökümü” serialındakı unudulmaz final səhnəsini yenidən canlandırıb.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, əfsanə serialın finalından uzun illər keçməsinə baxmayaraq, “Yaprak Dökümü” hələ də tamaşaçıların yaddaşından silinmir.


 Serialda “Ali Rıza bəy” obrazını canlandıran 79 yaşlı aktyor TGRT-də yayımlanan “Yaseminin Penceresi” proqramının qonağı olub.


Proqram zamanı Ergün illər öncə canlandırdığı “Ali Rıza Tekin” obrazı ilə səhnəyə çıxıb və final səhnəsini bir daha oynayıb. Duyğusal anlar yaşayan sənətkar səhnə zamanı göz yaşlarını saxlaya bilməyib.


Halil Ergün çıxışında bunları deyib:


“Çox təsirləndim. Elə bil əfsanəvi bir həyatı yaşayıram. Türkiyənin harasına getsəm, insanlar boynuma sarılır. Serialdakı bütün aktyorlar möhtəşəm idi, kino dəyərində bir iş idi”.


Qeyd edək ki, “Yaprak Dökümü” 2006–2010-cu illərdə yayımlanaraq türk televiziya tarixinin ən çox izlənən dramlarından biri olmuşdu.


Bəsti Rəfizadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR