Kişilər gözəlliyinə aşiq idi: Anası tərəfindən 25 il bağlı saxlanılan qızın ağılasığmaz hekayəsi

25 il ərzində, nə günəş işığı görüb, nə də ailəsindən kənar bir nəfərlə danışıb…
Gözəl Blanş Monnier gördüyünüz ən inanılmaz və ürəkdağlayan həyat hekayələrindən birinə malikdir.
Sfera.az Blanş Monnierin ağılasığmaz həyat hekayəsini təqdim edir.
Blanş fransız idi və 1 mart 1849-cu ildə Fransanın Poitiers şəhərində anadan olmuşdu. O vaxtlar o, çox varlı aristokrar ailədən sayılırdı. Onun gözəlliyi, fiziki görünüşü və şəxsiyyəti xeyli diqqət çəkirdi və ən əsası, çoxları onunla evlənmək istəyirdi. Ailəsi aristokrat idi və mövzu onların gözəl qızının evliliyinə gəldikdə, kifayət qədər maraqsız idilər.
Gənclik illərində o, Parisdə yüksək təbəqədən olan bir çox kişilərin diqqətini çəkirdi.
Blanş üçün məktublar gəlməyə başlayanda bu, anası Luis Monnieri narahat etdi və vəziyyət ağlasığmaz həddə çatdı.
Ağıllarda isə yeganə sual bu idi: Blanş o gündən, yoxsa daha əvvəllər yoxa çıxmışdı?
25 il hər şeydən, hər kəsdən təcrid olunmuş şəkildə yaşadı...
Anası Luis Monnier günəş işığının pəncərələrdən daxil olmaması üçün hər cür tədbir görmüş və ən əsası heç kimin görməməsi üçün qızını həmişəlik otağına bağlamışdı. Valideynləri, qardaşı və ev işçiləri istisna olmaqla, Blanşın dünyanın qalan hissəsi ilə əlaqəsi kəsilmişdi. Onun otağında çarpayıdan qalxmasına və ya hər hansı əsas tibbi, gigiyenik ehtiyaclarını qarşılamasına icazə verilmədi. Ömrünün yarısını Blanş yemək yediyi, sidik və nəcisi etdiyi çarpayıda yatıb.
Valideynləri qohumlarına və dostlarına qızlarını İngiltərədəki internat məktəbinə göndərdiklərini, lakin iş qrafikinin sıx olduğunu geri qayıtmağı düşünmədiyini demişdilər.
Məktəbi bitirdikdən sonra Blanş Şotlandiyada öz həyatını qurduğunu və Fransaya qayıtmayacağını bildiribmiş.
Düz 25 il sonra, 1901-ci il martın 23-də Parisdə baş prokurora anonim məktub daxil olub, orada Parisin tanınmış ailəsinin bağlı qapılar arxasında nə isə gizlətdiyi iddia edilir.
Məktubun müəllifi haqqında hələ də heç bir məlumat yoxdur, lakin tarixçilər onu evdəki əməkdaşlardan birinin yazdığına inanırlar.
Məktubda deyilir:
“Cənab Baş Prokuror, mən sizə son dərəcə ciddi bir hadisə barədə məlumat vermək istəyirəm. Mən sizə son iyirmi beş ildə madam Monnierin evində qapalı qalan, ac, susuz və virtual zibillikdə yaşayan bir qız haqqında danışmaq istəyirəm”.
Monnier ailəsi Paris cəmiyyətində görkəmli və hörmətli şəxslər olduğundan, iddialara inanmaq çətin idi, lakin səlahiyyətlilər istənilən halda Monnier malikanəsini araşdırmaq üçün getdilər.
Müfəttişlər əvvəlcə malikanəni gəzərkən otaqdan pis qoxu gələnə qədər heç nə tapmayıblar. Çürümüş qoxunun gəldiyi otağa yaxınlaşanda əvvəlcə paslı asma kilidi görüblər. Onlar otağın illərlə bağlı olduğu başa düşülüb. Dərhal kilid sındırılıb və müfəttişlər gözlərinə inana bilməyiblər. Onlar gördükləri və araşdırmaları əsasında hesabat yazıblar.
Həmin hesabatdan gördüklərini ümumiləşdirən qısa bir hissədə belə yazılıb:
“Ölüm ayağında, arıqlamış qadın nəcis və yemək qalıqları ilə örtülmüş çürümüş çarpayıda uzanmışdı. Çarpayıda həşəratlar sürünürdü. Otaqdakı hava o qədər pis və dözülməz idi ki, araşdırmamızı davam etdirə bilmədik”.
Otaq o qədər qaranlıq olub ki, müstəntiqlər pəncərədən kənardan barrikadaları yarıblar.
Blanş 25 ildə ilk dəfə günəş işığı görüb. O, müstəntiqlərə 25 il zəncirləndiyini deyib. Səhhəti o qədər pis idi ki, cəmi 25 kiloqram ağırlığında və ayaq üstə durmağa gücü yox idi. Xəstəxanaya aparılanda oksigen ala bilməyin necə gözəl olduğunu deyib. Həkimlər bir otaqda vəhşicəsinə həbs edilən və uzun illər tərpənmədən sağ qalan qızın hətta sağ olmasının möcüzə olduğunu bildiriblər.
Bütün Monnier ailəsinin dindirildiyi məhkəmə prosesində anası Luis Monnier həbs olunub, lakin həbs olunduqdan 15 gün sonra ölüb.
Səlahiyyətlilər onun ürək xəstəliyindən öldüyünə inansa da, bir çoxları dərmanların həddindən artıq dozası səbəbindən intihar etdiyinə inanır. Blanşın qardaşı Marsel Monnier anasının günahkar olduğunu iddia edərək özünü müdafiə etməyə çalışıb. Bütün sübutlara baxmayaraq, Marsel Blanşın cinayətində şərik olduğu üçün 15 il həbs cəzasına məhkum edilib.
Blanş sərbəst buraxılsa da, onun həyatı asan olmadı.
25 il bir otaqda qapalı qalan qadında koprofiliya, sərgilənmə və şizofreniya kimi sağlamlıq problemləri yaranıb. Fiziki cəhətdən bir qədər sağalsa da, psixoloji cəhətdən heç vaxt özünə gəlmədi. Ömrünün qalan hissəsini qocalar evində keçirən Blanş Monnier 1913-cü ildə psixiatriya xəstəxanasında vəfat etdi.
Xanım













