Neandertalın barmaq izi tapıldı – FOTO

Neandertalın barmaq izi tapıldı – FOTO

İspaniyada aparılan arxeoloji qazıntılar zamanı alimləri təəccübləndirən nadir bir tapıntı üzə çıxıb. Segoviya şəhəri yaxınlığındakı San Lazaro adlı qaya sığınacağında üzərində qırmızı nöqtə olan qədim bir çınqıl daşında 43 min il yaşı olan insan barmaq izi aşkar edilib. Araşdırmalar göstərib ki, bu iz çox güman ki, yetkin bir Neandertal kişisinə aiddir.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, daş ilkin baxışda sadə görünsə də, onun funksional istifadəsi olmadığı və üzərində qəribə qırmızı bir işarə daşıdığı müşahidə olunub.

 

Məhkəmə-tibb ekspertlərinin və multispektral görüntüləmə texnologiyasının köməyi ilə aparılan təhlillər nəticəsində qırmızı nöqtənin içərisində insan barmaq izinə uyğun gələn izlər aşkarlanıb.


Madrid Complutense Universitetinin tarixdən əvvəlki dövrlər üzrə professoru Maria de Andres Herrero qeyd edib ki, bu tapıntı Neandertalların yalnız sağ qalmaq üçün deyil, həm də simvolik ifadə qabiliyyətinə malik olduqlarını sübut edir:


“Daşı ilk dəfə gördükdə onun üz cizgilərini xatırlatdığını düşündük. Belə bir izə rast gələcəyimizi gözləmirdik”.


Daşın yaşı radiokarbon analiz yolu ilə müəyyən olunub və təxminən 43 min il əvvələ aid olduğu təsdiqlənib. Tədqiqatçılar daşın bir vaxtlar çay yatağında yerləşdiyini və bilərəkdən qaya sığınacağına gətirildiyini ehtimal edirlər.


Madrid Məhkəmə Tibb Laboratoriyasının ekspertlərinin bildirdiyinə görə, bu barmaq izi nəinki bu günə qədər tapılmış ən qədim insan barmaq izi ola bilər, həm də piqmentlə (boya maddəsi ilə) əlaqəli ilk izlərdən biri kimi tarixə düşür.


Durham Universitetinin paleolit arxeologiya üzrə professoru Paul Petit isə qeyd edib:


“Barmaq izinin məhz insan toxunuşu nəticəsində meydana gəldiyinin məhkəmə-tibbi yollarla sübuta yetirilməsi bu tapıntının əhəmiyyətini daha da artırır”.
Yeni kəşf Neandertalların müasir insanlarla düşündüyümüzdən daha çox ortaq xüsusiyyətlərə malik olduğunu göstərən elmi dəlillərə yeni töhfə verib.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...

“İranın nüvə silahı olmayacaq” - Netanyahu

“Biz İranın nüvə layihəsini ləğv etmişik və əgər kimsə onu canlandırmaq istəsə, biz də bu cür cəhdin qarşısını almaq üçün eyni qətiyyət və güclə hərəkət e...

Rusiyada dollar və avro BAHALAŞDI

Rusiya Mərkəzi Bankının (RMB) rəhbərliyi ölkədə dollar və avronun rəsmi məzənnələrini qaldırıb.   Sfera.az xəbər verir ki, bu barədə RBM-in saytında ...

İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürüldü

İsrailin İrana endirdiyi zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı ölüb.   Sfera.az xəbər verir ki, bu barədə &...

16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi

Abşeron rayonunun Aşağı Güzdək qəsəbə məscidində imam müavini vəzifəsində çalışan Turab Əliqan oğlu Tahirov tutduğu vəzifədən azad olunub.   Sfera.az...