“Squid Game” serialının dəhşətli real hekayəsi... - FOTOLAR

“Squid Game” serialının dəhşətli real hekayəsi... - FOTOLAR

Hazırda dünyada səs-küyə səbəb olan “Squid Game” serialı əslində real hekayədən götürülüb. 

 

Sfera.az bildirir ki, bu barədə türkiyəli jurnalist Uğur Önver məlumat paylaşıb.

 

Onun sözlərinə görə, hadisələr 80-cı illərdə başlayıb: “Həmin dövrdə Cənubi Koreyada diktatorluq hökm sürürdü. Ölkədə birdən-birə küçələrdəki uşaqlar və gənclər itkin düşməyə başlayır.

Həm də sirli bir formada..Polislər evsiz, çarəsiz gəncləri etmədikləri bir şeylə ittiham edərək ağ maşınlara doldurur, kölə kampına bənzəyən bir adaya aparırlar.

İnsanların sabahdan axşama qədər sadəcə tox olmaq üçün çalışacaqları bu yer hündür divarlarla çərçivələnmişdi, qaçmaq istəyən güllələnirdi.

 

Cənubi Koreyada həmin dövrün rəhbər şəxsləri tərəfindən tətbiq edilən bu işgəncə növünün əsl məqsədi isə küçələrdə boş-boş gəzən kasıb adamlardan qurtulmaq idi. Yəni küçələri “təmizləmək idi”. Çünki ölkə həmin vaxt Asiya oyunlarına ev sahibliyi edəcəkdi və qüsursuz görünməli idi”.

 

Jurnalist qeyd edib ki, eyni serialdakı kimi sözügedən gənclər nömrələnmişdi və adlarından istifadə edilmirdi:

 

“Qayda çox sadə idi. Səhər oyanan kimi “tərpənməmək oyunu”na daxil olacaqdılar və günə hazır başlayacaqdılar. Oyunda məğlub olanlara isə ağır cəzalar verilirdi. İllərlə yüzlərlə gənc bu formada işlədildi. Lakin diktatorluq devrilən kimi bu sistem aşkarlandı və rəhbərlik edən adam – Park İn Keun ailəsi ilə birlikdə Avstraliyaya qaçdı”.

 

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Hökümə Əliyevanın atasının üzləşdiyi dələduzluq halı ilə bağlı Kapital bank açıqlama yaydı

Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzluq halı ilə üzləşib. Hökumə Əliyevanın vəfatına görə ailəsinə ödənilən sığorta və kompens...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi

Milli Hidrometeorologiya Xidməti yanvarın 19-u gündüz, 20-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.   Bu b...

“TikTok” sabahdan bağlana bilər - XƏBƏRDARLIQ!

ABŞ Ali Məhkəməsinin verdiyi qərardan sonra Çin şirkəti yanvarın 19-da Amerika istifadəçiləri üçün “TikTok”u bağlamaq haqqında düşünür.  S...

İmişlidə yol qəzasında 2 uşaq öldü

İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.    DİN-in Mətbuat Xidmətindən Sfera.az-a bildirilib ki, xidmə...

Hökümənin ailəsindən oğurlanan pullar GERİ QAYTARILDI - SAXLANILANLAR VAR

Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə həlak olan Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın atasının bank kartından pul vəsaitini oğurlamaqda şübhə...

Yanvarın 20-nə gözlənilən hava şəraiti açıqlandı

Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında müxtəlif saatlarda gözlənilən hava şəraiti açıqlanıb.   Sfera.az xəbər verir ki, bununla bağlı Milli H...