Dünyanın ən populyar smartfon modeli O OLDU - FOTO

Dünyanın ən populyar smartfon modeli O OLDU - FOTO

Texnologiya bazarlarında apardığı araşdırmalarla tanınan Honq Konqun “Counterpoint Research” şirkəti 2024-cü ilin birinci rübündə dünyada ən çox tələb görən, populyar olan smartfon modelinin adını açıqlayıb.


Sfera.az xəbər verir ki, ən populyar telefon “iPhone 15 Pro Max” modeli olub. Bu modeldən olan telefonların satış sayı birinci rüb ərzində dünyada satılan bütün smartfonların 4,4 faizini təşkil edib.


Satış payına görə növbəti yerləri “iPhone 15”, “iPhone15 Pro”, “iPhone 14” və “Samsung Galaxy S24 Ultra” tutub. 


Mütəxəssislərin fikrincə, “Apple” və “Samsung” birinci rübdə qlobal bazarda üstünlüyə sahib olublar. Dünyada ən çox satılan 10 telefon medelinin beşi “iPhone”a, beşi isə “Samsung”a məxsusdur. 


Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin birinci rübündə ən çox satılan smartfon 4,7 faiz payla “iPhone 14” olub.


Vasif

 


 


OXŞAR XƏBƏRLƏR