Uzun ömrün sirri AÇIQLANDI: “Bunu yeyənlər 100 il yaşayır”

Uzun ömrün sirri AÇIQLANDI: “Bunu yeyənlər 100 il yaşayır”

Alimlər uzun ömrün sirrini açıqlayıblar.

 

Sfera.az bildirir ki, elm adamları zərərli vərdişlərin müxtəlif xəstəliklərə səbəb olduğunu və ömrü qısaltdığını qeyd ediblər. Bununla belə, uzun yaşamın sirri bu formada izah olunub:

 

Meyvə və tərəvəzin istehlakı - İmmunitetinizi gücləndirmək və orqanizminizin müqavimətini artırmaq üçün yüksək vitamin və mineral dəyəri olan qidalara ehtiyacınız var. Bunu isə tərəvəz və meyvələrlə ödəyə bilərsiniz. Bol meyvə, tərəvəz, taxıl, paxlalılar və bitki mənşəli zülallar kimi qidalar bədəninizin sağlamlığını qoruyur, daha uzun yaşamağınıza şərait yaradır.

 

Daha çox su içmək - Tədqiqatlar göstərir ki, kifayət qədər su içmək yoğun bağırsaq və sidik kisəsi xərçəngi riskini azalda bilər. Hər gün 8-10 stəkan su içmək həzm sisteminin nizamlı işləməsinə, hüceyrələri nəmləndirməyə və qaraciyərdən, böyrəklərdən toksinləri təmizləməyə kömək edir. Su həmçinin, dərinin sağlamlığı, gec yaşlanmasını təmin edir.

 

Davamlı idman etmək – Bu,  əzələlərinizin işləməsinə, sümükləriniz və ürəyinizin güclənməsinə kömək edir. Araşdırmalar göstərir ki, uzun ömrün ən böyük sirri fiziki fəaliyyətdə gizlənir. Müəyyən bir məşq proqramına əməl etməklə və ya hər gün müntəzəm olaraq gəzməklə bədəninizi formada saxlaya bilərsiniz.

 

Fındıq yemək - Bədəninizin sağlam yağlara ehtiyacı var. Qoz-fındıq yaxşı yağ, lif və zülal qaynaqlarıdır, bu məhsullar sizi daha uzun müddət tox hiss etdirəcək. Tədqiqatlara görə, ən çox qoz-fındıq yeyənlərin hər hansı bir xəstəlikdən, xüsusilə də xərçəng, ürək xəstəlikləri və ya tənəffüs xəstəliklərindən ölmə riski azdır. Bu səbəbdən pəhriz siyahısına qoz-fındığın daxil edilməsi tövsiyə olunur.

 

D vitamini – Bu vitaminin qəbulu yaşlanmanın dayandırılmasında mühüm rol oynayır. Hər 10 nəfərdən 9-da D vitamini çatışmazlığı var. Bunun qarşısını almaq üçün günəşdən faydalana və tərkibində D vitamini olan qidaları istehlak edə bilərsiniz.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Putin Paşinyanı Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyana Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. Sfera.az&nbs...

Baş nazir QƏRAR İMZALADI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.   Sfera.az xəbər verir ki...

Andrey Sibiqa: "Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır"

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektl...

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...