"Həyatımda heç vaxt plastik əməliyyat etdirməmişəm" - Ancelina Coliyə bənzəmək istəyən qadın

Ancelina Coliyə oxşamaq üçün plastik əməliyyat nəticəsində bütün dünyanın gündəmini zəbt edən və “zombi gəlin” adı verilən iranlı Səhər Tabar illər sonra bütün dünyanı şoka salan açıqlama verib.
 


Sfera.az bildirir ki, sosial mediada Səhər Təbar kimi tanınan Fatemeh Khisvənd həbsdən çıxdıqdan sonra İran televiziyasına müsahibə verib.
Xisvənd həyatında heç vaxt plastik əməliyyat keçirmədiyini deyib.
 

Sosial mediada "Zombi Ancelina" və ya "Ölü gəlin" kimi tanınan 22 yaşlı internet fenomeni "Səhər Təbar" qorxunc görünüşü ilə bütün dünyanın diqqətini çəkmişdi. Səhər Tabar Ancelina Coliyə bənzəmək üçün 40 kilo arıqladığını və 50 dəfə bıçaq altına girdiyini iddia etmişdi. O, bütün dünyanı aldatdığını etiraf edib.
 

Səhər Təbar əxlaqsızlığa, küfr və korrupsiyaya təhrik etməkdə ittiham edilərək 2019-cu ildə həbs edilmişdi.


14 ay həbsdə olan gənc qadın həbsdən sonra telekanala çıxdığını və əməliyyatsız olduğunu hər kəsin gördüyünü bildirib.
 

Uşaqlıqdan məşhur olmaq istədiyini deyən Təbər sosial mediada yayılan görüntüləri montaj bacarığı sayəsində yaratdığını bildirib. Təbər “İnstaqramda gördükləriniz əvvəldən kompüter effektləri idi” deyib.
 

Başına gələn hadisələrdən sonra daha məşhur olmaq istəmədiyini qeyd edən qadın sosial mediadan tamamilə ayrıldığını bildirib :
“Daha telefonuma İnstaqram belə yükləməyəcəm”.
 

Səhər Təbar 2017-ci ildə açdığı İnstaqram hesabında paylaşdığı fotolar sayəsində qısa zamanda 500 min izləyici qazanmışdı.
 

Təbərin hesabından paylaşdığı qorxulu fotolar illərdir müzakirə edilirdi.
 

Lakin onun əsl görünüşü də ən az paylaşdığı montaj fotolar qədər müzakirə mövzusuna çevrilib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR