"Heç vaxt reytinq naminə sözümü ucuzlaşdırmadım"
"44 il efirdə olmaq mənim üçün sadəcə peşə deyil, bu, sözə məsuliyyət, tamaşaçıya hörmət və illərlə qazanılmış etibar deməkdir. Mən bu yolu addım-addım, davranışımla, çıxışlarımla, prinsiplərimlə qurmuşam. Heç vaxt ucuz sensasiya arxasınca qaçmamışam, heç vaxt reytinq naminə öz sözümü ucuzlaşdırmamışam". Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nailə islamzadə sosial şəbəkədə yazıb. Aparıcı bir daha müsahibə verməyəcəyini bildirib: "Amma təəssüf ki, eyni yanaşmanı hər zaman qarşı