Flora Kərimovanın vəziyyəti ağırdır? – Özü açıqladı
“Vəziyyətim ağır deyil. Bilmirəm niyə sosial şəbəkələrdə belə xəbərlər yayılır, yəqin sensasiya xatirinədir. Məndə hər şey qaydasındadır”. Sfera.az bildirir ki, bunu “Yeni Sabah”a açıqlamasında Xalq artisti Flora Kərimova səhhətindən danışarkən deyib. 84 yaşlı sənətçi bildirib ki, bir müddət əvvəl yıxılaraq qolunu sındırıb, lakin müalicədən sonra vəziyyəti yaxşılaşıb: “Sadəcə, bir müddət əvvəl yıxılmışdım, qolum zədələnmişdi, hətta sınmışdı. Həkimə getdim, müalicə aldım. Şükür, indi düzəlib.