İman Mustafayev dünyasını dəyişdi - FOTO
Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam, heykəltəraş İman Mustafayev vəfat edib. Sfera.az xəbər verir ki, o bu gün dünyasını dəyişib. Qeyd edək ki, o, təhsilini Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində alıb, "Rəngkarlıq-heykəltəraşlıq" ixtisasını bitirib. Müntəzəm olaraq dövlət sərgilərində iştirak edən İman Mustafayevin müxtəlif illərdə fərdi sərgiləri açılıb. O, həmçinin Türkiyə, Rusiya, Qazaxıstan, Belarus, Estoniya və digər ölkələrdə keçirilən sərgilərin iştirakçısı