“Məni ilk anam yox, onun səsi qarşıladı”
Əməkdar artist Aybəniz Haşımova bacısı, Xalq artisti Şahnaz Haşımovanı ad günü münasibətiylə təbrik edib. Sfera.az xəbər verir ki, müğənni birlikdə olan fotolarına bunları yazıb: “Rəssam səslər doğulur bəzən dünyaya… Bəli, dünyaya çox səslər gəlir. Amma nəğmə dili ilə danışan səslər çox az doğulur. O səslər ki, insanın ruhuna toxunur, taleyinə çevrilir, ömrü boyu ürəyində yaşayır… Və xoş o insanların halına ki, o səslərlə qarşılaşırlar. Mənim kimi… Mən dünyaya gələndə, hələ gözümü