Xalq artisti xəstəxanadan evə buraxıldı
Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, xalq artisti Rafael Dadaşov xəstəxanadan evə buraxılıb. Sfera.az xəbər veir ki, bu barədə APA-ya Rafael Dadaşov özü məlumat verib. O bildirib ki, səhhətindəki problemlər tam aradan qaldırılmasa da, özünü nisbətən yaxşı hiss edir: "İlk günlərlə müqayisədə əlbəttə, yaxşıyam. Təzyiq problemi qaydasına düşüb, məni kəskin şəkildə narahat etmir. Həkimlərin məsləhəti ilə evə buraxıldım, amma bu, o demək deyil ki, müalicələr davam etməyəcək. Ola