Azərbaycanlı “ulduzlar”ının sənət dünyasına atılan qızları - FOTOLAR
Qız uşaqları adətən analarını özlərinə ideal seçir. Səhnədəki qadınların uşaqlarının da hər cür vəchlə səhnəyə can atmasına da tez-tez rast gəlirik. Bəs, Azərbaycanda hansı müğənnilərin qızları analarının yolunu davam etdirməyə çalışır?
Aygün Kazımovanın qızı İlqarə Kazımova da anasının yolunu getməyə başladı. "Anamın yerini məndən başqa heç kim tuta bilməz”- deyən İlqarə səs yarışmasında da iştirak etdi. İlqarə yeni-yeni səhnələrə atılmağa başlamışdı. Amma məlum videosunun sosial şəbəkələrdə yayılmasından sonra səhnələrdən uzaqlaşıb xarici ölkəyə üz tutdu
Aynişan Haşimova
Aybəniz Haşimova qızına səhnəni qadağan etsə də, Aynişanın ürəyindəki müğənnilik sevgisinin qarşısını ala bilmədi. Modelyer olaraq karyera həyatına atılan Aynişanı bir anda səhnədə mahnı oxuyan gördük. Aybəniz xanım da qızının istəyinin qarşısında aciz olduğunu, sonacan ona dəstək olacağını dedi. "O Ses Türkiye” yarışmasına da qatılan Aynişan görünür, uzun zamandır sənətinə ara verib.
Aysun İsmayılova
Rəqsanənin qızı Aysu da bir vaxtlar modelyer olmaq üçün xaricdə təhsil almağa başladı. Amma bir anda mahnı oxuduğu videosu "Youtube”da 18 mindən çox izləndi. Rəqsanə qızını müğənni kimi görmək istəmədiyini dilə gətirdi. Amma Aysun yenə gündəmdə olmağın bir yolunu tapdı, bu dəfə də Türkiyədə filmə çəkildiyini dedi. Bu günlərdə isə instaqram səhifəsində dublaj videoları paylaşmaqla kifayətlənir.
Səbinə Zeynalova
Əməkdar artist Vəfa Zeynalovanın qızı Səbinə "Baku Fashion Week”də türk modelyerin kolleksiyasının nümayişində modellik etdi. Vəfa Zeynalova isə mətbuata açıqlamalarında qızına tam dəstək verdi, qızının yönəldiyi sahəni sevdiyini bildirdi.
Aytac Bərdəli
Mərhum müğənni Vidadi Bərdəlinin qızı da səhnələrə üz tutdu. Qalmaqallı səhnə həyatı yaşayan Aytac Bərdəli atasınının xatirəsinə "Atam” adlı mahnısın da təqdim etdi.
Sfera.az






