Nailə Mirməmmədli Röya ilə iş birliyindən danışdı: "Röya təkdir də..."
"Röya ilə yeni mahnılarımız var. Mahnılar üzə çıxdıqdan sonra hansı birinciliyi tutacaq deyə bilmərəm, ancaq oranjimanda 10-dan çox mahnımız var. Röyanın ifa edəcəyi yeni mahnılar "Hardasan”, "Mənimlə görüş” və s... Mahnılar çox, amma Röya təkdir də”.
Sfera.az-a açıqlama verən bəstəkar Nailə Mirməmmədli yeni layihələri haqda da danışıb:
"İndiyə qədər gənclər üçün mahnı həsr olunmamışdı. Ancaq biz gənclərimizə "Gənclik” adlı mahnı həsr etdik. Sözləri Baba Vəziroğluna, musiqisi isə mənə aiddir. Mahnını III və IV-cü kurs tələbələri ifa edib. Mahnıya klip çəkilməsi üçün Gənclər və İdman Nazirliyinə təqdim etmək istəyirəm. Bizə dəstək olsunlar.
Bundan başqa, 1 İyun Uşaqların Müdafiəsi Gününə həsr olunmuş konsert proqramları təşkil etmişik. Layihə üzrə 2-ci və 7-ci siniflər arası uşaqlar yığmışam. Onların hər birisinin özünəməxsus repertuarları var".
Gülnarə Eynullaqızı
Sfera.az






