Anam yaddaşını itirib, məni belə xatırlamır
Əməkdar artist Mətanət İsgəndərlinin anası Alzheimer xəstəsi olub. Sfera.az xəbər verir ki, müğənni "Qonaqcanlı" verilişində anasının yaddaş problemləri yaşadığını bildirib. O deyib ki, anası bəzən dünyasını dəyişən oğlunu belə xatırlamır: “Qardaşımı itirəndən sonra anam o qədər fikir etdi ki, yaddaşı gedib. Hərdən yadından çıxır ki, oğlu vəfat edib. Bir tərəfdən sevinirəm, deyirəm, ay Allah, sənə qurban olum. Fikirləşirdim ki, anam bu dərdlə necə yaşayacaq? Allah elə edib ki, yaddaşı pozulub