500 manata işləyən xalq artisti, 1000 manata "yox" deyən Pərvin, Şahinin Səbinəsi, hüquqşünas Röya - HƏFTƏBECƏR
Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (137-ci say) təqdim edir. Deyəsən ötən həftə şərhlərin əsas müzakirə mövzusu yeni fotom olub. Etiraf edim ki, yazılan şərhlər "Həftəbecər"dən də maraqlı idi. Sizi təriflədim, indi də keçək mövzulara... Akademik Milli Dram Teatrında ən yüksək maaş səhv etmirəmsə, 500 manatdır. Yəni, bu pula ömrünün 30-40 ilini sənətə həsr etmiş sənətkarlar bir ay ərzində çalışırlar. Məşqlər, tamaşalar, öz təbirlərincə desək, səhnənin