V Beynəlxalq Muğam Festivalına yekun vuruldu
Martın 14-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Muğam aləmi” V Beynəlxalq Muğam Festivalına yekun vurulub. Sfera.az bildirir ki, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının birgə dəstəyi ilə reallaşan və bir həftə davam edən festivala 15-dən çox ölkə qatılıb. Festivalın bədii rəhbəri Xalq Artisti, UNESCO-nun "Sülh artisti”, Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz