Aytən Səfərova onu qınayanlara cavab verdi - Vücudumla...
"Vücudumla, görünüşümlə, hər şeyimlə fəxr edirəm! Çalışın standart olmayasınız. Kiməsə izn verməyin sizə ağıl öyrətsin”. Bu sözləri sosial şəbəkədə aparıcı Aytən Səfərova yazıb. Aparıcı görünüşünə lağ edənlərə və onu kompleksə salanlara cavab verib: "Özünü dəyərdən salmağa, "dəyər”lər reytinqinə salmağa, aşağılamağa icazə verməyin. Həmin an cavabını verib, oturdun yerinə. Necə varsınız, onunla da fəxr edin. Siz yeksiniz! Belə də sevib-sevilirsinizsə, sevginiz qarşılıqlıdırsa, fəxr edin.