Azərbaycanın ən gözəl qızı seçildi - VİDEO
"Miss&Mr. National Azerbaijan” gözəllik müsabiqəsinin final gecəsi keçirilib. Sfera.az oxu.az-a istinadla xəbər verir ki, münsiflər heyətində ukraynalı buker Vitalina Rozbitskaya, Gürcüstanda "Maximum” model evinin sahibi İrina Çaxunaşvili, Moldovanın "Eurovision” təmsilçisi, Əməkdar artist Olya Tira, türkiyəli kreativ direktor, stilist Erdi Şən, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova və millət vəkili Jalə Əliyeva yer alıblar. Final gecəsində 10 qız, 10 oğlan olmaqla 20 iştirakçı yarışıb.