Xalq artisti Röya: “Bir kişi ilə yaşaya bilmərəm” - VİDEO
"Mən bir kişi ilə yaşaya bilmərəm”. Sfera.az oxu.az-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan "ATV Maqazin 10larla” proqramında deyib. Sənətçi şəxsi həyatı ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib "Soruşdular ki, yenidən ərə gedərsən? Cavab verdim ki, getmərəm. Oğlum Hüseynin 10 yaşı var. Bundan sonra bir kişi ilə evdə oturub, o desin, mən edim və ya əksinə, mən deyim, o etsin... Bu kimi şeylər ola bilməz. Artıq belə olmasını istəmirəm” - deyə, R.Ayxan bildirib.