"Ramazandan sonra pis əməllərə davam” - Nadir Qafarzadə
"11 ay etdiyimiz pisliklər, haqsızlıqlar, pozğunluqlar, yediyimiz haramlar üçün oruc tutub, Allahdan bağışlanmağımızı istəyirik. Ramazandan sonra pis əməllərə davam”. Sfera.az xəbər verir ki, bunu müğənni Nadir Qafarzadə deyib. İfaçı bu barədə sosial şəbəkə hesabında paylaşım edib. "Bəsdir, Allaha şərt kəsdiniz. Elə yaşayın ki, sonradan etdiyiniz günahlara görə, Allahla şərt kəsməyəsiniz. Deyirlər, Allah bağışlayandır, biz isə bu bağışlanmalardan istifadə edib daha çoxunu edirik”, - deyə qeyd