Gülben Ergen anasına verdiyi sözü tutdu: “Ana-bala..”
Türkiyəli müğənni Gülben Ergen ilin sonunda verdiyi sözü yerinə yetirib. Sfera.az bildirir ki, ifaçı anası ilə birlikdə Ümrəyə gedib. O, bu barədə sosial media hesabında paylaşım edib. “Anama söz vermişdim ki, onu Ümrəyə aparacam.. Ana-bala həm Məkkəyə, həm də Mədinəyə getdik. Deməli, insan onun üçün vacib olan şeylərə vaxt ayıra bilir. 2022-ci ilə minnətdaram. Mənə, ailəmə, peşəmə, sevdiyim, əhəmiyyət verdiyim hər şeyə və hər kəsə gülümsəyən həyatımı möcüzələrlə yaşayıram. Gəlsin, 2023”, deyə