"Mən də qızımın toyunda belə etdim"
"Toy iqtisadi platforma idi. Burada nə qədər çalışan var idi: aşpaz, qapıçı, bazar, geyim, qızıl mağazası, hamı işləyirdi. Yalançı bir iş idi, köpük şarına bənzəyirdi və partladı". Sfera.az xəbər verir ki, bu sözləri müğənni Nazim Pişiyarı "Efirdən kənar" proqramında deyib. Sənətçi toy bazarınını zəifləməsindən danışıb: "Azərbaycanda bəhsəbəh söhbəti var. Əvvəl toyu ən çox 250 nəfərlər edərdilər. Şadlıq saraylarındakı qiymətlər köpük kimi böyüdü: 700, 800, 1000 nəfərlik zallar yaradıldı.