İsrail “Avroviziya 2026”da iştirak edəcək
Avropa Yayım Birliyində (AYB) keçirilən səsvermə nəticəsində İsrailin “Avroviziya 2026”da iştirakını davam etdirəcəyi rəsmən təsdiqlənib. Sfera.az xəbər verir ki, qərar təşkilat üzvləri arasında aparılan müzakirələrdən sonra qəbul edilib. Məlumata görə, müsabiqənin yeni səsvermə sistemi də rəsmi şəkildə təsdiqlənib. Yeni mexanizmin detallarının yaxın vaxtlarda açıqlanacağı bildirilir. Səsvermə nəticələrinə əsasən, dörd ölkə, İspaniya, Sloveniya, İrlandiya və Niderland Avroviziyadan kənarlaşıb.