Tanınmış aktyor vəfat etdi
Kateqoriya məlum deyil
Amerikalı aktyor və komediya ustası Entoni Klark vəfat edib.
Sfera.az xəbər verir ki, aktyor 62 yaşında noyabrın 10-da dünyasını dəyişib. Onun pnevmoniyanın yaratdığı ağırlaşmalar səbəbindən vəfat etdiyi bildirilib.
Qeyd edək ki, aktyor daha çox 2000-2006-cı illərdə yayımlanan “Yes, Dear” komediya serialında canlandırdığı Qreq Uorner obrazı ilə tanınıb. O, ekran işinin altı mövsümündə rol alıb. Klark həmçinin “Boston Common” və “Soul Man” seriallarında da çəkilib.






