Özcan Deniz Bakıya gəlir
Kateqoriya məlum deyil
Türkiyəli aktyor-müğənni Özcan Deniz Bakıya gələcək.
Sfera.az xəbər verir ki, sənətçi noyabrın 24-də paytaxtda pərəstişkarları ilə görüşəcək. O, həmin gün sevənləri ilə birlikdə “Son Yemek” filmini izləyəcək.
Özcan Denizin həm ssenarisini yazdığı, həm rejissoru olduğu, həm də baş rolunda çəkildiyi filmdə Öykü Karayel, Nejat İşler, Tilbe Saran, Ceyda Düvenci, Gonca Vuslateri və Helin Kandemir də yer alıblar.






