Rəqsanə şou-biznesi tərk edir: “Yoruldum”
Kateqoriya məlum deyil
Rəqsanə İsmayılova şou-bizesdən uzaqlaşaraq biznes qurmaq istəyir.
Sfera.az xəbər verir ki, bu barədə müğənni Nail Naiboğlunun “10+” verilişində danışıb.
O bildirib ki, qarşısında həyata keçirməli olduğu böyük planlar var və həmin məqsədlərə çatdıqdan sonra özünü həqiqətən xoşbəxt hiss edəcək:
“Hələ özüm ola bilmirəm. Çünki qarşıda görüləsi çox böyük işim var. Onu qurtarandan sonra, of, "qurtardım" deyəcəyəm. Bax o zaman həmin Rəqsanə olacağam. O vaxtı, o saatı, o günü gözləyirəm, çünki mənə o lazımdır. Çox qalmaq istəmirəm bu sənətdə artıq. Qarşıma məqsəd qoymuşam, hansısa bir biznes qurub yavaşca öz sənətimdən uzaqlaşmaq istəyirəm. Yoruldum, istəmirəm”./yenisabah






