Aygün Kazımova pərəstişkarlarını sevindirəcək - Video
Kateqoriya məlum deyil
Xalq artisti Aygün Kazımova bir neçə konsertə hazırlaşır.
Sfera.az xəbər verir ki, Pop divanın ilk konserti dekabrın 13-də Rusiyanın paytaxtı Moskvada baş tutacaq. Moskva konsert zalında keçiriləcək gecədə ölkənin əsas ulduzu sevənləri üçün maraqlı şou proqramı hazırlayır.
Kazımovanın növbəti konserti yanvarın 22-də planlaşdırılıb. “Elektra Events Hall”da baş tutacaq gecədə Diva pərəstişkarları ilə görüşəcək.
Müğənni martda isə Gürcüstandakı sevənləri ilə bir araya gələcək. Martın 19-da planlaşdırılan konsert Tbilisi Sport Palace-da keçiriləcək.






