Logo

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi - FOTOLAR

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin məşhur iş adamlarından olan Hacı Sabancının həyat yoldaşı, dəbli geyimləri ilə ən çox danışılan simalardan biri olan Nazlı Sabancı izləyicilərini təəccübləndirəcək qərar qəbul edib.

Sfera.az xəbər verir ki, o, eksklüziv və dizayner əsərləri, milyonlarla dəyəri olan qarderobunu satışa çıxarmaq qərarına gəlib.

Dəbdəbəli əşyaları ikinci əl bazarına çıxarmaqla sosial təsir yaratmağı hədəfləyən tanınmış bir platforma vasitəsilə həyata keçirilən bu satış böyük diqqət çəkib. Dəb həvəskarları məşhurun ​​şəxsi qarderobundan əldə edilmiş əşyalara böyük maraq göstəriblər.

Yayılan məlumata əsasən, satışdan əldə olunan külli miqdarda vəsaitin hamısı sosial layihələr vasitəsilə təhsil alan tələbələrə dəstək məqsədilə fond kimi ayrılacaq. Sabancının bu nümunəvi addımı həm onun izləyiciləri, həm də yüksək cəmiyyət nümayəndələri tərəfindən yüksək qiymətləndirilib./Qafqazinfo

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi - FOTOLARMəşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi - FOTOLAR
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR