Logo

Xəstəxanaya yerləşdirilən Naibə Allahverdiyevanın SON DURUMU

Xəstəxanaya yerləşdirilən Naibə Allahverdiyevanın SON DURUMU
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xalq artisti Naibə Allahverdiyeva ötən gün xəstəxanaya yerləşdirilib.

Sfera.az xəbər verir ki, aktrisa Axşam.az-a açıqlamasında səhhəti barədə məlumat verib.

O bildirib ki, hazırda xəstəxanadadır və müalicəsi davam edir.

N. Allahverdiyeva qeyd edib ki, onda qəfil qan təzyiqi krizi (hipertenziv kriz) yaranıb:

“Təzyiqim o qədər yüksəldi ki, hər şey qəfil, ayaq üstə olduğum yerdə baş verdi. Hazırda xəstəxanadayam, yavaş-yavaş düzəlirəm. Krizdən çıxmışam. Müalicəm davam edir”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR