Naibə Allahverdiyeva
Xəstəxanaya yerləşdirilən Naibə Allahverdiyevanın SON DURUMU
Xalq artisti Naibə Allahverdiyeva ötən gün xəstəxanaya yerləşdirilib. Sfera.az xəbər verir ki, aktrisa Axşam.az -a açıqlamasında səhhəti barədə məlumat verib. O bildirib ki, hazırda xəstəxanadadır və müalicəsi davam edir. N. Allahverdiyeva qeyd edib ki, onda qəfil qan təzyiqi krizi (hipertenziv kriz) yaranıb: “Təzyiqim o qədər yüksəldi ki, hər şey qəfil, ayaq üstə olduğum yerdə baş verdi. Hazırda xəstəxanadayam, yavaş-yavaş düzəlirəm. Krizdən çıxmışam. Müalicəm davam edir”.
Maqazin24.10.2026 12:58

