Logo

“Avroviziya”da Azərbaycanı təmsil etmək istəyirəm"

“Avroviziya”da Azərbaycanı təmsil etmək istəyirəm"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Müğənni və bəstəkar Murad Arif ölkənin musiqi sahəsindəki inkişafı, eləcə də Azərbaycanın "Avroviziya" mahnı müsabiqəsindəki çıxışları ilə bağlı fikirlərini bölüşüb.

Sfera.az xəbər verir ki, sənətçi son illərdə beynəlxalq yarışmada arzulanan nəticələrin əldə olunmamasına baxmayaraq, yerli musiqi sənayesində irəliləyişin olduğunu düşünür.

Murad Arifin sözlərinə görə, 2007-2008-ci illərdən etibarən uzun müddət xarici bəstəkarlarla işləməyə üstünlük verilməsi yerli musiqiçilərin və bəstəkarların inkişafına mənfi təsir göstərib. O, bu əməkdaşlıqların yerli mütəxəssislərin formalaşması üçün imkanları məhdudlaşdırdığını vurğulayıb.

Bəstəkar özü də gələcəkdə "Avroviziya" səhnəsinə çıxmaq və beynəlxalq müsabiqədə Azərbaycanı təmsil etmək istəyini dilə gətirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR